Çinin Hunçun şəhərində turist avtobusu ekskavator daşıyan yük avtomobili ilə toqquşub.
REN TV-nin regional Turizm Nazirliyinə istinadən verdiyi məlumata görə, avtobusda 33 sərnişin olub. Onlardan 24 nəfəri Rusiya vətəndaşı idi.
Hadisə 22 iyun tarixində baş verib. İlkin məlumata əsasən, rusiyalı turistlər arasında xəsarət alan yoxdur.
Bildirilir ki, yük avtomobilinin sürücüsü avtobusa çırpılıb. Qəza nəticəsində 3 Çin vətəndaşına tibbi yardım göstərilib.

Avtobusda olan rusiyalı turistlərin hamısı xəsarətsiz ötüşüb. Qeyd olunur ki, onlar Çinə təşkil olunmuş turist qrupu ilə deyil, vizasız səfər mexanizmi çərçivəsində gediblər.
Hazırda regional qurum vəziyyəti nəzarətdə saxlayır və mümkün addımların əlaqələndirilməsi üçün Çinin Vladivostokdakı Baş Konsulluğu ilə operativ əlaqə saxlayır

