Şabran rayonunda əvvəllər itkin düşmüş hesab edilən 52 yaşlı kişinin meyiti göldə aşkarlanıb.
DenMedia.az apa-ya istinadən xəbər verir ki, meyit rayonun Hacı Qaraqaşlı kəndi ərazisində tapılıb.
Məlumata görə, Çölquşçu kənd sakini, 1974-cü il təvəllüdlü Kamil Mirzəyevin meyiti kənd ərazisindəki su hövzəsində aşkarlanıb.
Onun üzərində zorakılıq əlamətləri aşkar edilməyib.
Faktla bağlı araşdırma aparılır.

