Zaqatala rayonunda 52 yaşlı kişinin meyiti aşkarlanıb.
DenMedia.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Muğanlı kəndində baş verib. Kənd sakini Rafiq Sevdi oğlu Babayevin (1974-cü il təvəllüdlü) meyiti ailə üzvləri tərəfindən yaşadığı evin həyətyanı sahəsindəki tövlədə tapılıb.
Meyit ölüm səbəbinin müəyyənləşdirilməsi üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə göndərilib.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

