Zərdabda bədbəxt hadisə baş verib.
Denmedia.az xəbər verir ki,62 yaşlı kişi su kanalında bataraq ölüb.
Hadisə rayonun Qoşaoba kəndi ərazisindən keçən su kanalında qeydə alınıb.İlkin məlumata görə, Təzəkənd kənd sakini,Təhlə Qoca oğlu Mustafayev iyulun 4-də yaşadığı evdən çıxaraq işə gedib, lakin geri qayıtmayıb.Yaxınları onun evə dönməməsindən narahat olaraq axtarışlara başlayıblar.Axtarışlar zamanı mərhumun oğlu atasının meyitini Qoşaoba kəndi ərazisindən keçən su kanalında aşkar edib.Məlum olub ki ,Təhlə Mustafayev axşam saatlarında işdən evə velosipedlə qayıdarkən ehtiyatsızlıq nəticəsində su kanalına yıxılıb və hadisə yerində həyatını itirib.
Hadisə yerinə aidiyyatı qurumun əməkdaşları dəvət olunub.Meyit sudan çıxarıldıqdan sonra müvafiq ekspertiza üçün Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Zərdab rayon şöbəsinə təhvil veriib.
Hazırda faktla bağlı araşdırma aparılır.
Aqil Əsədov

