Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
DenMedia.az report-a istinadən xəbər verir ki, qəza rayonun Pirli kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, Nicat Məhərrəmovun idarə etdiyi BMW markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.
Qəza nəticəsində sürücü Nicat Məhərrəmov, həmçinin sərnişinləri, kənd sakinləri Xaldun Səfərov və Elnur Nuriyev müxtəlif dərəcəli ağır xəsarətlər alıblar.
Yaralılar təcili tibbi yardım briqadası tərəfindən Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və həkim nəzarətinə götürülüblər.
Faktla bağlı araşdırma aparılır.

