Kürdəmirdə ağır yol qəzası baş verib 4 nəfər xəsarət alıb.
DenMedia.az hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Sığırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Mitsubişi markalı avtomaşının sürücüsü Sumqayıt sakinləri 46 yaşlı Qaraşov Maxsud Savalan oğlu Gəncə istiqmətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib.Nəticədə avtomobil yoldan çıxaraq aşıb.Qəza zamanı avtomobildə olan sürücü və onun sərnişinləri bir ailənin üzvləri sürücünün anası 79 yaşlı Qaraşova Məxmər Xalıqverdi qızı və sürücünün həyat yoldaşı 35 yaşlı Qaraşova Aytac Elxan qızı və sürücünün oğlu 15 yaşlı Qaraşov Yusif Maxsud oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.
Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi xəstəxanasına çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hazırda faktla bağlı araşdırma aparılır.
Aqil Əsədov
DenMedia.az