Qax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
DenMedia.az yerli yerli mətbuata istinadən xəbər verir ki, hadisə Güllük kəndi istiqamətində gedən yolda qeydə alınıb.
İlkin məlumata görə, yük avtomobilinin sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi yol kənarındakı ağaca çırpılıb.
Qəzanın səbəbi və hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə hələlik rəsmi məlumat yoxdur.

