Şəmkir rayonunda qadının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
DenMedia.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Çinarlı kəndində qeydə alınıb.
İlkin məlumata əsasən, 1988-ci il təvəllüdlü Nigar Vəliyevanı elektrik cərəyanı vurub. Qadın aldığı xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.

