Goranboyda yeniyetmə elektrik cərəyanından həyatını itirib.
DenMedia.az report-a istinadən xəbər verir ki, hadisə Goranboy rayonunun Dəliməmmədli şəhərində, dəmir yolu vağzalında baş verib.
İlkin məlumata görə, 2014-cü il təvəllüdlü S. Ramazanov qatarın üzərinə çıxarkən elektrik cərəyanı vurub və o, hadisə yerində həyatını itirib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma başlanıb.

