Bakı-Qazax yolunda iki yük maşını toqquşdu, biri aşdı.
Denmedia.az-ın yerli bürosu xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun Kürdəmir rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Türkiyə vətəndaşı İsmət Kartalın idarə etdiyi Mercedes markalı iritutumlu yük maşını Gəncə istiqmətində hərəkətdə olarkən qarşısında hərəkət edən Yevlax rayon sakini sürücü Pərvin Abdullayevin idarə etdiyi eyni markalı yük maşınına çırpılıb.Nəticədə Türkiyə vətəndaşının idarə etdiyi yük maşını yol kənarənada vətəndaşa məxsus həyətyanı sahəyə aşıb.
Qəza zamanı yük maşınındakı yüklər ətrafa dağılıb avtomobillərin hərəkətində çətinlik yaranıb.Hadisə yerinə dövlət yol polisi əməkdaşları cəlb olunub və nəqliyyatın hərəkəti bərpa olunub.
Hazırda faktla bağlı araşdırma aparılır.

