Göygöldə üç avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
DenMedia.az lent.az-a istinadən xəbər verir ki, qəza şəhərin Azay Kazımov küçəsində qeydə alınıb.
Belə ki, "VAZ-2107", "Mercedes" markalı avtomobil və daha bir minik avtomobili toqquşub.
Hadisə nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ciddi maddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.

