Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Den.az xəbər verir ki, hadisə Zülfi Hacıyev küçəsində qeydə alınıb.
İlkin məlumata görə, Mercedes markalı iki minik avtomobili toqquşub.
Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi texniki ziyan dəyib. Hadisə yerinə yol patrul xidmətinin əməkdaşları cəlb olunub, əraziyə baxış keçirilib və araşdırmalara başlanılıb.
Qəzanın başvermə səbəbi araşdırılır.
Fərhad Ələkbərli