Bakıdakı hotelllərin birində meyit tapıldı.
DenMedia.az lent.az-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən hoteldə qeydə alınıb.
Bakı şəhər sakini, 42 yaşlı İbrahim İbrahimovun meyiti qaldığı otaqda aşkar edilib.
Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.
Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

