Bakıda Milli Parkın ərazisindən meyit tapılıb.
DenMedia.az lent.az-a istinadən xəbər verir ki, hadisə Səbail rayonu, M.Hüseynov küçəsində qeydə alınıb.
Burada yerləşən Milli Parkın ərazisindən 56 yaşlı paytaxt sakini Rəşadət Mehdi oğlu Əlizadənin meyiti aşkarlanlıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.
Araşdırma aparılır.

