Bakının Qaradağ rayonunda “Hyundai” markalı avtomobilin salonundan 19 min 800 manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində 33 yaşlı O. İbrahimov müəyyən edilərək saxlanılıb.
Rayondakı ticarət və əyləncə mərkəzlərindən birində isə ümumi dəyəri 780 manat olan müxtəlif oyuncaqlar oğurlanıb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində mərkəzin əməkdaşları olan 35 yaşlı T. Bayramov və 54 yaşlı R. Məmmədov şübhəli şəxs qismində saxlanılıblar.
Hər iki faktla bağlı istintaq tədbirləri davam etdirilir.

