Bakıda iki nəfərin bank kartlarından vəsait oğurlanıb, nəticədə ümumi zərər 1150 manat təşkil edib.
Bu barədə Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən şəxslər — 25 yaşlı T. Sayılov və əvvəllər məhkum olunmuş 41 yaşlı İ. Novruzov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

