Zərdabda bədbəxt hadisə baş verib.
Denmedia.az-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun Qoruqbağı kəndi ərazsində qeydə alınıb.
Belə ki,kənd sakini Yaqub Kərimli özünə məxsus otbağlayan aqreqatı arxaya verərkən ehtiyyatsızlıq edərək qızı 3 yaşlı Əsma Kərimlinin üzərindən keçib.
Ağır bədən xəsarətləri alan azyaşlı elə hadisə yerindəcə dünyasını dəyişib.Hadisə yerinə rayonun hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub və azyaşlının meyiti ərazidən götürülərək aidiyyatı üzrə təhvil verilib.
Hazırda faktla bağlı Zərdab rayon prokurorluğunda araşdılrmalara başlanılıb.

