Kürdəmirdə güclü yanğın hadisəsi baş verib.
Denmedia.az xəbər verir ki, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb.
Belə ki,kənd sakini 57 yaşlı Fikrət Eminova məxsus ümumi sahəsi 150 kv metr birmərtəbəli 2 otaq və bir aynabənddən ibarət olan ev əşyaları ilə birlikdə yanaraq külə dönüb.Bundan başqa güclü yanğıın zamanı evdə yatmış vəziyytdə olan ev sahibi Fikrət Eminovda yanaraq dünyasını dəyişib.
Hadisə yerinə FHN-nin Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb.Eyni zamanda əraziyə rayonun hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub və mərhumun meyiti ərazidən götürülərək aidiyyatı üzrə təhvil verilib.
Qeyd edək ki,mərhum Fikrət Mütəllim oğlu Eminov uzun illər Rusiyada yaşayıb və bir müddət əvvəl ata evinə qayıdıb.Subay idi və tək yaşayırdı.Hadisənin hansı səbəbdən və hansı şəraitdə baş verməsi ekspertizanın rəyindən sonra məlum olacaq.Hazırda faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırmalara başlanılıb.

