Türkiyədə sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 30-dan çox insan xəsarət alıb.
Bu barədə TRT Haber məlumat yayıb.
Telekanalın məlumatına görə, avtobus İstanbul-Kuşadası marşrutu üzrə hərəkət edirmiş.
Hadisə Kütahya-Afyonkarahisar magistral yolunda baş verib. Sərnişin avtobusu baryerlərə çırpılaraq aşıb.
İlkin məlumata əsasən, qəza nəticəsində 31 nəfər xəsarət alıb.
Bütün yaralılar yaxınlıqdakı tibb müəssisələrinə yerləşdirilib.

