28 
yan
2024
00:56
277

DƏHŞƏT: Avtobus buzlu yolda aşdı, 20 nəfər...

28 yan, 2024
00:56
277

DƏHŞƏT: Avtobus buzlu yolda aşdı, 20 nəfər...

Buzlu yolda sərnişin avtobusunun iştirakı ilə qəza baş verib.

Den.az xəbər verir ki, hadisə Polşada Ukraynadan gələn sərnişin avtobusunda baş verib. 

Qəza zamanı 20 nəfər xəsarət alıb.

“TVN24” telekanalının məlumatına görə, qəza səhər saat 4 radələrində Lyublin voyevodasının Qolubye kəndi yaxınlığındakı yolda baş verib. Avtobus döngədə yoldan çıxaraq aşıb. Qəza zamanı qar yağıb və yol buz bağlayıb.

Avtobusda 59 sərnişin və iki sürücü - hamısı Ukrayna vətəndaşları olub. Onlardan 20 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Avtobusda qalan sərnişinlər yaxınlıqdakı icma mərkəzinə aparılıb. Avtobus Odessa-Varşava marşrutu ilə hərəkət edirdi.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar