Yevlax rayonunda balıq tutmağa gedən 56 yaşlı kişi kanalda boğularaq ölüb. Hadisə Xanabad kəndi ərazisindən keçən Yuxarı Şirvan kanalında baş verib.
DenMedia.az lent.az-a istinadən xəbər verir ki, Qaramanlı kənd sakini Tofiq Süleymanov qayıqla balıq tutarkən qayığın güclü su axınının təsiri ilə bənd istiqamətində hərəkət etdiyini görüb. O, qayığın təhlükəli istiqamətə getməsinin qarşısını almaq üçün özünü suya atıb.
Lakin Tofiq Süleymanov suda boğularaq həyatını itirib.
Mərhumun meyiti kanalın Ağdaş rayonunun Şəkili kəndindən keçən hissəsində aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

