Göyçay rayonunda 60 yaşlı kişi stadionda həyatını itirib.
DenMedia.az Oxu.az-a istinadən xəbər verir ki, rayon mərkəzinin Məhəmməd Əmin Rəsulzadə küçəsində yaşayan, 1966-cı il təvəllüdlü Ehtiram Xəlilov bu gün səhər saatlarında stadiona gedərək idman edib.
İdman zamanı onun halı qəfil pisləşib. Əraziyə təcili tibbi yardım briqadası cəlb olunsa da, Ehtiram Xəlilovun həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, o, ürək çatışmazlığından vəfat edib.
Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma başlanılıb.

