Göyçayda həmyerlilər arasında yaranan mübahisə ölümlə nəticələnib.
Denemedia.az xəbər verir ki, hadisə rayonun Məhəmməd Əmin Rəsulzadə küçəsində yerləşən kafelərdən birində qeydə alınıb.
Belə ki, 36 yaşlı Cavid Əhmədovla 31 yaşlı Mehman Əsgərov arasında şəxsi münasibətlər zəmnində mübahisə yaranıb.Yaranan mübahisə zamanı Cavid Əhmədov hündür pilləkəndən yerə yıxılıb və ağır bədən xəsarətləri alıb.Ətrafdakı insanlar onu dərhal Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırsalar da onun həyatını xilas etmək mümkün olmayıb və o aldığı xəsarətlərdən elə xəstəxanadaca dünyasını dəyişib.
Məsələ ilə bağlı Təbib-dən DenazTV –nin sorğusuna cavab oaraq bidiriib ki,16.02.2026-ci il tarixində saat 23:40 radələrində 1 nəfər (kişi) Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.1990-cı il təvəllüdlü şəxsə təpə sümüyünün xətti sınığı, qapalı kəllə-beyin travması, beyinin əzilməsi, burunun sınığı diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.Vəziyyəti ağır qiymətləndirilən pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilib.Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, 17.02.2026-cı il tarixində saat 08:00 radələrində şəxsin ölüm faktı qeydə alınıb.Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə təhvil verilib.
Aqil Əsədov
Denemedia.az

