Abşeron rayonunda müxtəlif vaxtlarda 6 avtomobildən pul vəsaitləri, mobil telefonlar, səsgücləndiricilər və digər qiymətli əşyalar oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində oğurluq cinayətlərini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 32 yaşlı C.Mikayılov müəyyən edilərək saxlanılıb.
Araşdırmalar zamanı onun rayon ərazisində yerləşən iki marketdən də oğurluq etdiyi müəyyənləşib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.

