Bərdə rayonunda 54 yaşlı kişi elektrik cərəyanı vurması nəticəsində həyatını itirib.
Denmedia.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Mollalı kəndində qeydə alınıb.
Kənd sakini, 1972-ci il təvəllüdlü Mahir Həsənov şəxsi təsərrüfatında heyvanlara yem verərkən tövlədə olan ventilyatorun açıq qalmış naqil hissəsinə toxunub.
Nəticədə onu elektrik cərəyanı vurub və Mahir Həsənov hadisə yerində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.

