İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Denmedia.az APA-ya istinadən xəbər verir ki, qəza Muğanlı–İsmayıllı avtomobil yolunun Lahıc qəsəbəsi istiqamətində qeydə alınıb.
“Toyota Land Cruiser” markalı avtomobil idarəetmədən çıxaraq yolun hərəkət hissəsindən kənara çıxıb və aşıb.
Hadisə zamanı avtomobilin sürücüsü, 41 yaşlı Samir Abdullayev həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.

