Oğuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Den.az” xəbər verir ki, hadisə Oğuz-Bayan avtomobil yolunun, rayonun Bayan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Toyota Prius” markalı avtomobil idarəetmədən çıxıb və nəticədə qəza baş verib.
Hadisə zamanı avtomobildə olan sərnişin hadisə yerində dünyasını dəyişib. Sürücü isə ağır bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.