Misirin Əl-Koşeh kəndində 27 yaşlı gənc öz toyundan cəmi bir neçə saat sonra həyatını itirib.
“The Daily Tribune” nəşrinin məlumatına görə, Kirillos Vadi toy mərasiminin sonlarına yaxın qəfil huşunu itirib. Gənc dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, Vadidə ürək tutması baş verib. Bununla belə, ölümün dəqiq səbəbini göstərən rəsmi tibbi rəy hələ açıqlanmayıb.
Hadisə Əl-Koşeh sakinlərini sarsıdıb. Belə ki, gənc ölümündən cəmi bir neçə saat əvvəl yaxınları ilə birlikdə ailə həyatına qədəm qoymasını qeyd edirdi.
27 yaşlı gənclə vida mərasimi Əl-Koşehdəki Əbu-Seyfeyn kilsəsində keçirilib. Dəfn mərasiminə onun ailə üzvləri, dostları və kənd sakinləri qatılıblar.

