Şəmkir rayonunda 11 yaşlı qız əməliyyatdan bir neçə gün sonra vəfat edib.
Denmedia.az Teleqraf-a istinadla xəbər verir ki, rayonun Sarxanlı kənd sakini, 2015-ci il təvəllüdlü S.Həsənova Şəmkir Rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunub.
Əməliyyatdan bir neçə gün sonra azyaşlının səhhəti kəskin şəkildə pisləşib. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırmaya başlanılıb. Ölümün dəqiq səbəbi və hadisənin digər halları aparılan araşdırmanın nəticəsində müəyyənləşdiriləcək.

