Kürdəmir rayonunda xəstə əməliyyatdan sonra ölüb.
Den.az APA-ya istinadən xəbər verir ki, hadisə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.
Rayonun Atakişili kənd sakini, 1987-ci il təvəllüdlü Pərvanə Alı Abdullayeva xəstəxanada appendektomiya əməliyyatı olunub. Əməliyyatdan sonra halı pisləşən P. Abdullayeva xəstəxanada vəfat edib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və qadının meyiti aidiyyəti üzrə təhvil verilib.