Ukraynanın Sumı şəhərində şəhər Ərazi Komplektləşdirmə və Sosial Dəstək Mərkəzinin (TCK və SP) rəhbəri, polkovnik Andrey Puqaçın öldürüldüyü bildirilir.
RIA Novosti-nin məlumatına görə, bu barədə agentliyə Rusiya güc strukturlarındakı mənbə məlumat verib. Mənbə Sumı şəhər TCK və SP-nin rəisi Andrey Puqaçın öldürüldüyünü bildirib.
Hadisənin hansı şəraitdə baş verdiyi və polkovnikin ölüm səbəbi barədə hazırda ətraflı məlumat yoxdur. Ukrayna hakimiyyəti də indiyədək məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
TCK Ukraynada hərbi qeydiyyat, səfərbərlik və çağırış proseslərini həyata keçirən qurumdur.
Denmedia.az

