Ukrayna Prezident Ofisinin keçmiş rəhbəri Andrey Yermakla əlaqəli şəxslər onun üçün girov ödənişi etdiklərini açıq şəkildə bəyan etməyə başlayıblar. Bu barədə RİA Novosti Rusiya güc strukturlarındakı mənbəyə istinadən məlumat yayıb.
Agentliyin mənbəsinin sözlərinə görə, girov üçün 8 milyon qrivna ödədiyini ilk olaraq “Ukrnafta” və Oşadbankın Müşahidə Şurasının üzvü Roza Tapanova bildirib.
Mənbə deyib:
Ukrayna prezidentinin ofisinin keçmiş rəhbərinin “pul kisələri” utanmadan öz rəhbərləri üçün girov ödədiklərini deməyə başlayıblar.

