Nyu-Yorkda Hudson küçəsində yerləşən ofis binasının foyesində özünü yandıran kişi həbs edilib.
NBC News-un polisə istinadən verdiyi məlumata görə, həmin binada Google-un ofisi də yerləşir.
Kişiyə xuliqanlıq və təhlükə yaratmaq ittihamları irəli sürülüb.
İstintaqın ilkin məlumatına əsasən, o, ehtimal ki, binada başqa şirkət tərəfindən icarəyə götürülmüş sahəyə daxil olmağa çalışıb.
Qeyd olunur ki, eyni binada Nyu-York Polis Departamentinin (NYPD) Daxili Təhlükəsizlik Xidməti də yerləşir.

