Zaqatala rayonu ərazisindən keçən Yevlax–Balakən dəmiryol xəttində yol-nəqliyyat hadisəsi baş verib.
Denmedia.az Oxu.Az-a istinadla xəbər verir ki, rayon sakini Ruslan adlı şəxs “Niva” markalı avtomobillə dəmiryolunu keçmək istəyərkən teplovozla toqquşub.
Qəza nəticəsində sürücü müxtəlif dərəcəli xəsarətlər alıb və Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.

