14 
okt
2023
10:45
151

Zaqatalada 2 "Jiquli" toqquşdu, ölən var

14 okt, 2023
10:45
151

Zaqatalada 2 "Jiquli" toqquşdu, ölən var

Zaqatalada iki minik avtomobili toqquşub, sərnişin hadisə yerində ölüb.

Den.az APA-ya istinadla xəbər verir ki, hadisə səhər saat 09:30-da Zaqatala-Muğanlı avtomobil yolunun rayonun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.

“VAZ-2106” və "VAZ-2107" markalı iki minik avtomobili toqquşub. Qəza zamanı "VAZ-2106" markalı avtomobildəki sərnişin aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Ölən sərnişin avtomobildə sıxılmış vəziyyətdə qalıb. Sərnişinin meyiti əraziyə cəlb edilmiş Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə həkim briqadasına təhvil verib.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar