İsmayıllıda evlərdən və istirahət zonalarından oğurluq etməkdə şübhəli bilinən 24 yaşlı şəxs saxlanılıb.
Bu barədə Azərbaycan Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində şübhəli şəxsin kimliyi müəyyən edilib. Onun İlkin Hüseynov olduğu müəyyənləşib.
Araşdırma zamanı İlkin Hüseynovun rayon ərazisində yerləşən bir neçə istirahət zonasından da oğurluq etməkdə şübhəli bilindiyi müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə İlkin Hüseynov barəsində həbs qətimkan tədbiri seçilib.
Denmedia.az

