Ağcabədidə çətənə kolları və 7 kiloqramdan çox marixuana aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində narkotik tərkibli bitkilərin qanunsuz becərilməsində şübhəli bilinən 42 yaşlı Təyyar Rüstəmov saxlanılıb.
Onun həyətyanı sahəsinə baxış zamanı kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları və 7 kiloqramdan çox marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Təyyar Rüstəmov barəsində həbs qətimkan tədbiri seçilib.

