Qəbələ rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Hadisə rayonun Vəndam qəsəbəsində qeydə alınıb.
İlkin məlumata görə, İmişli rayon sakini, 1997-ci il təvəllüdlü Lamiyə Nazim qızı Əhmədli yaxınları ilə birlikdə istirahət məqsədilə Qəbələyə gəlib.
O, qəsəbə ərazisində günlük kirayələdikləri fərdi yaşayış evinin həyətində yerləşən hovuzda çimərkən boğularaq həyatını itirib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı Qəbələ Rayon Prokurorluğunda araşdırma aparılır, hadisənin dəqiq səbəbləri müəyyənləşdirilir.

