Sumqayıt şəhərində fərdi yaşayış evində baş verən yanğın ölümlə nəticələnib.
Denmedia.az xəbər verir ki, hadisə şəhərin “Betonzavod” adlanan ərazisində qeydə alınıb.
İlkin məlumata görə, naməlum səbəbdən fərdi yaşayış evində yanğın baş verib. Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən briqadaları və polis əməkdaşları cəlb olunub.
Yanğın qısa müddətdə söndürülüb. Lakin evə baxış zamanı 57 yaşlı Səxavət Səmədovun meyiti aşkarlanıb. Yanğının hansı şəraitdə baş verdiyi, ölümün səbəbi hələki məlum deyil.
Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları da işləyib. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır, yanğının dəqiq səbəbləri və başvermə şəraiti müəyyənləşdirilir.
Mərhumun iki oğlu var. Kişi evdə tək yaşayırmış.
Araşdırmanın nəticələri ilə bağlı əlavə məlumat veriləcəyi bildirilir.

