Bakının Sabunçu rayonu ərazisində avtomobildən 78 min manata yaxın pul oğurlanıb.
DİN mətbuat xidmətindən Denmedia.az-a bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 43 yaşlı T.Nəzərov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

