Göyçayda narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.
Denmedia.az xəbər verir ki, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əvvəllər məhkum olunmuş Azər Mürsəlov saxlanılıb.
Onun üzərindən təxminən bir kiloqram narkotik vasitə aşkar edilib.
Faktla bağlı cinayət işi başlanıb.
Məhkəmənin qərarı ilə Azər Mürsəlov barəsində həbs qətimkan tədbiri seçilib.

