Göyçayda narkotik tərkibli bitkilərin kultivasiyasında və qanunsuz odlu silah saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bəhruz Əhmədov saxlanılıb.
Onun yaşadığı ünvana baxış zamanı 51 ədəd narkotik tərkibli bitki və 2 ədəd odlu silah aşkar edilərək götürülüb.
Saxlanılan şəxs narkotik tərkibli bitkiləri aqrotexniki qaydalara uyğun xüsusi qulluq göstərməklə yetişdirdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb.
Məhkəmənin qərarı ilə Bəhruz Əhmədov barəsində həbs qətimkan tədbiri seçilib.

