ABŞ-nin Nyu-York ştatındakı Lonq-Aylenddə beş nəfər gecə saatlarında kanalizasiya sisteminə enib və daha sonra izsiz yoxa çıxıb.
ABC7 “Eyewitness News”un məlumatına görə, hadisə cümə axşamı gecə saat 01:00-dan bir qədər sonra Uontaq yaşayış məntəqəsində baş verib. Beş nəfərin kanalizasiya lyukunu açaraq yerin altına enməsi müşahidə kameraları tərəfindən qeydə alınıb.
Nassau dairəsi polisinin məlumatına görə, iki şahid həmin şəxslərin lyukun qapağını açdığını, kanalizasiya sisteminə endiyini və daxilə girdikdən sonra qapağı yenidən bağladıqlarını görüb.
Hadisə yerinə polis bölmələri və Uontaq Yanğınsöndürmə Xidməti cəlb olunub. Hüquq-mühafizə orqanları kanalizasiya kollektorunu ətraflı yoxlasalar da, nə həmin şəxsləri, nə də şübhəli əşyaları aşkar edə biliblər.
Beş nəfərin kanalizasiyaya niyə girdiyi hələlik məlum deyil. Araşdırma davam edir.
Denmedia.az

