iyl
2023
03:17
213

Tərtərdə yaşlı qadın quyuya düşdü - FOTO

4 iyl, 2023
03:17
213

Tərtərdə yaşlı qadın quyuya düşdü - FOTO

Tərtərdə yaşlı qadın kanalizasiya quyusuna düşüb.
Den.az Apa-a istinadən xəbər verir ki, hadisə Bərdə-Ağdam yolunun məcburi köçkünlərin məskunlaşdığı Dördyol qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Bərdə rayonu Dəymədağlı kənd sakini 68 yaşlı Leyla Hüseyn qızı İbrahimova yol kənarından dəmir qutu toplayarkən su-kanalizasiya quyusuna düşüb. Hadisə yerinə cəlb olunan FHN-in Qarabağ Regional Mərkəzinin xüsusi xilas ediciləri qadını düşdüyü quyudan çıxarıblar. Müxtəlif bədən xəsarəti alan yaşlı qadın daha sonra xəstəxanaya çatdırılıb.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar