Hindistanın paytaxtı Yeni Dehlidə yağan güclü yağış ölkənin ən işlək hava limanlarından birində ciddi problemlər yaradıb.
İndira Qandi Beynəlxalq Hava Limanının 2 və 3 nömrəli terminallarına gedən yollarda və terminalların qarşısındakı ərazilərdə su yığılıb. Əlverişsiz hava şəraiti səbəbindən 400-dən çox reys gecikib, 9 təyyarə isə başqa hava limanlarına yönləndirilib.
Məlumata görə, yönləndirilən reyslərdən dördü Caypura, dördü Laknauya, biri isə Əhmədabada göndərilib.
Hindistan Meteorologiya Xidməti Yeni Dehli üçün güclü yağış, ildırımlı leysan, şimşək və güclü küləklə bağlı xəbərdarlıq edib. Hava şəraitinin nəqliyyatda əlavə problemlərə səbəb ola biləcəyi bildirilib.


Denmedia.az

