Abşeron yarımadasında aprelin 15-də gözlənilən güclü külək və yağıntılı hava şəraiti meteohəssas insanlar üçün əlverişsiz olacaq.
Den.az xəbər verir ki, bu barədə məlumatı Milli Hidrometeorologiya Xidmətindən alınıb.
Xatırladaq ki, Bakıda və Abşeron yarımadasında aprelin 15-də hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı və yağışın leysan xarakterli olacağı, arabir intensivləşəcəyi gözlənilir. Yağıntı aprel ayının 17-dək davam edəcək.