Ağstafada 25 yaşlı gənc özünü bıçaqlayıb.
Hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, rayon sakini 2001-ci il təvəllüdlü H.Sadıqov bıçaqlanma diaqnozu ilə Qazax Rayon Mərkəzi Xəstəxanasına yeləşdirilib.
Məlumata görə, H.Sadıqov özü-özünə bıçaqla xəsarət yetirib. Onun özünə hansı səbəbdən xəsarət yetirməsi məlum deyil.
Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.
Denmedia.az

