Xaçmazda bıçaqlanma hadisələri olub.
DenMedia.az lent.az-a istinadən xəbər verir ki, hadisələrin biri şəhərində N. Nərimanov küçəsində baş verib. 51 yaşlı İ. Musayev yaşadıqları evdə 22 yaşlı oğluna bıçaqla yüngül xəsarət yetirib.
Digər hadisə isə rayonun Qadaşoba kəndində qeydə alınıb. 40 yaşlı S. Şixanov evdə 18 yaşlı oğluna bıçaqla xəsarət yetirib.
Xəstəxanaya yerləşdirilən gənclərin vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Cinayətləri törədən atalar isə polis əməkdaşları tərəfindən saxlanılıblar.
Faktlarla bağlı araşdırma aparılır.

