Cəlilabad rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.
Denmedia.az apa-ya istinadla xəbər verir ki, bir qrup rayon sakini zəhərlənmə diaqnozu ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
İlkin məlumata görə, 10 nəfər xəstəxanaya yerləşdirilib, onların arasında uşaqlar da var.
Müəyyən edilib ki, eyni ailənin üzvləri Biləsuvar rayonunda təşkil olunan əsgər yolasalma mərasimindən qayıtdıqdan sonra özlərini pis hiss ediblər.
Onların qonaqlıqda yedikləri paytaxt salatından zəhərləndikləri ehtimal olunur.

