İsmayıllı rayonunda məişət zəminində kütləvi zəhərlənmə hadisəsi baş verib.
Denmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
İlkin araşdırma zamanı müəyyən edilib ki, hadisə İsmayıllı rayonunun Hacıhətəmli kəndində həyətyanı sahədə təşkil olunan toy məclisində baş verib.
Hadisədən sonra 24 nəfər zəhərlənmə diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.
Məlumata görə, hazırda onların vəziyyəti yaxşıdır. İlkin tibbi yardım göstərildikdən sonra hamısı evə buraxılıb.
AQTA mütəxəssisləri digər aidiyyəti qurumların əməkdaşları ilə birlikdə araşdırmaya başlayıblar.
Agentliyin əməkdaşları müayinə üçün nümunələr götürüblər. Araşdırmanın nəticələrinə uyğun olaraq müvafiq tədbirlərin görüləcəyi bildirilib.

